Polyester (PET) yaşıl çəmbərləmə lenti ağır və daşınan yükləri bağlamaq və sabitləmək üçün nəzərdə tutulmuş yüksək möhkəmlikdə məhsuldur. Plastik əsaslı materialdan hazırlandığı üçün istifadəsi son dərəcə asandır. Mexaniki çəmbərləmə, akkumulyatorlu pnevmatik çəmbərləmə və avtomatik palet çəmbərləmə maşını ilə istifadə oluna bilər. Məhsul pas yaratmır və kimyəvi məhlullara qarşı davamlıdır. Məhsul birbaşa günəş şüaları altında və sərt hava şəraitində istifadə oluna bilər. Bu çəmbərləmə lenti bağlama və ya açma zamanı baş verə biləcək iş qəzaları riskini minimuma endirir.
Metal çəmbərin alternativi olmaqla yanaşı, polyester çənbərləmə lenti (PET) qənaətcil və elastik quruluşu sayəsində müştərilər tərəfindən ən çox üstünlük verilən məhsullarımızdan biridir. Demək olar ki, hər bir sənaye sektorunda ekoloji təsirləri minimuma endirmək məqsədilə istifadə olunur. Bu lentlər təsdiqlənmiş istehsal müəssisələrimizdə keyfiyyətli PET təkrar emal materiallarından istehsal olunur. Bu məhsul, məhsullarınızın təhlükəsiz daşınması, saxlanması, sabitləşdirilməsi və qorunması üçün ən uyğun qablaşdırma lenti hesab olunur.
Xüsusiyyətləri:
- Rəng: Yaşıl
- En: 12 mm
- Qalınlıq: 0.7 mm
- Uzunluq (bir rulonda): 2000 m
- UV şüalarına davamlıdır
- Polad çəmbərlərə nisbətən daha yüngüldür