
Qaragilə Yetişdirmək üçün Bilməli Olduğunuz Hər Şey
Tarixçə
Yetişdirmə Üsulu
Son 20 ildə dünyada qaragilə əkin sahəsi və istehsalı kəskin şəkildə artmışdır. Bu giləmeyvəyə olan təlabatı nəzərə alaraq, istehsal gücünün artması ilə istehsalçılar xarici görünüş, rəng, ölçü və dad baxımından daha üstün sortlar əldə etməyə çalışırlar. Yetişdirmə üsulu, irriqasiya, budama, dərmanlama və digər meyarlar giləmeyvənin keyfiyyətinə və ölçüsünə əsaslı şəkildə təsir göstərir.
Torpaqsız mühitdə bitki yetişdirməyin faydalarını maksimum dərəcədə artırmaq istəyən fermerlər bu sistem haqqında yüksək bilik və təcrübəyə sahib olmalı və eyni zamanda suvarma və dərmanlama avadanlıqları ilə təchiz olunmalıdırlar.
Bəs qaragiləni substratda necə yetişdirmək olar və bu prosesdə nəyə diqqət yetirmək lazımdır?
Torpaqsız əkini uğurlu edən cəhət irriqasiya sistemi, iqlim, suyun növü və mühitdən asılı olaraq sulama tezliyinin idarə olunmasıdır. Bundan əlavə, pH dərəcəsi, fertilizasiya planlaması və alaq otlarına qarşı bitki yataqlarına yerləşdirilən disklərdən istifadə əsaslı rol oynayır. Substratlar bitki kökünün inkişafına üstünlük verən yüksək havalandırma qabiliyyətinə malikdir. Qaragilə üçün hazırlanmış xüsusi qablar bitkinin düzgün böyüməsini dəstəkləyir və nəmə qarşı çox həssas olduğu üçün torpaqsız əkin ilə mükəmməl drenaj əldə edilir. Bitkinin kök sistemi dibçəkdə torpaqdan daha sürətli inkişaf edir, eyni zamanda suyun və gübrənin bərabər şəkildə paylanaraq daha çox məhsul əldə etməyə imkan verir.
Bir çox bitkidən fərqli olaraq qaragilə turşu dərəcəsi yüksək olan torpaqları sevir, ona görə bir çox fermer üçün ənənəvi üsul ilə bu gilemeyvənin yetişdirilməsi çətin gəlir. Halbuki, torpaqsız əkin bitkini düzgün pH dərəcəsində yetişdirməyə imkan verir və bu qaragilənin məhsuldarlığı üçün ən əsas faktorlardan biridir. Bitkinin qidalanması üçün zəruri olan elementlər pH dərəcəsinə uyğun olaraq təyin olunur. Yuxarı göstəricidə dəmir və kalsium çatışmazlığı yarana bilər və bu birbaşa yarpaqların saralması və uclarının yanması ilə nəticələnə bilər. Qaragilə üçün ən uyğun pH dərəcəsi 4.5-5.2 arasında dəyişir və daimi olaraq nəzarət edilməlidir. Normal pH dərəcəsi olan torpaqda (7.0) qaragilə yetişdirmək üçün isə ən azı əkindən 6 ay əvvəl müxtəlif sulfur və su ilə qarışdırılmış turşulardan istifadə edərək torpağı bitkinin qidalana və böyüyə biləcəyi hala gətirmək lazımdır.
Qaragilə kollarının suvarılması çətin hesab edilə bilər, çünki bu bitki həm normadan az suvarılmaya, həm də həddindən artıq suvarılmaya həssasdır. Qidalandırıcı tətbiqetmələr davamlı olmalıdır və irriqasiya daima asitləşdirilmiş su ilə edilməlidir. Sağlam məhsul əldə etmək və dibçəkdə ‘bərabər nəm’ saxlamaq üçün lazım olduğu qədər suvarılmalı və qidalandırılmalıdır. Beləliklə, su və qida maddəsi günün hər saatında bitki ehtiyacını ödəmək üçün həmişə mövcud olmalıdır. İrriqasiya sistemi mühit şəraitindən və bitki böyüməsi mərhələsindən asılıdır və buna uyğun olaraq təyin edilir. İsti şəraitdə bu, gündə bir neçə dəfə suvarma tələb edə bilər. Substratı ‘tam sahə qabiliyyətinə’ çatdırmaq üçün əlavə olunan sudan istifadə edildikdə, bitki ‘solma nöqtəsi’ ilə üzləşə bilər. Sərin qış şəraitində bitki suvarma tələb etmədən bir neçə gün davam edə bilər. Suvarmanın müddəti və tezliyi daima dəyişə bilər.
Hədəflənən EC səviyyəsi ilin müxtəlif dövrlərində və böyümə mərhələlərində də dəyişir. EC qışda daha az suvarma ilə daha yüksəkdir və suvarma artdıqca yayda azalır. Həddindən artıq suvarma substratı doydura bilər və oksigen səviyyəsini azalda bilər. Bütün bunlar bitkinin böyüməsinə əks təsir göstərir. Bununla da, bitkidə kök xəstəliyi yaranır və ölmə riskini artırır.
Uzun müddətli suvarmadan və ya gündəlik bir neçə qısa suvarmadan sonra substratın yerləşdiyi qabların aşağısından suyun axması vacibdir. Suvarmadan sonra ümumi suyun 15-25 faizi axmalıdır. Əgər, bitkiyə 1000 ml maye tökülübsə və bunun 300 ml dibçəyin və ya qabın dibindən axırsa, axın faizi 30 faizdir. Suyun axmaması və ya az axım müşahidə edilməsi kifayət qədər suvarma olduğunu göstərir. Bu halda, duzlar kök zədələnməsinə və bitkinin böyüməsi ilə əlaqədar problemlərin yaranmasına səbəb ola bilər.
Şam qabığı, odun kəpəyi, meşə tullantıları, torf və digər üzvi substratlar qaragilənin becərilməsi üçün uyğundur. Bu substratlar artan torpaq nəmliyi ilə yanaşı turşuluq və qida ilə zənginləşdirilməsi üçün əlverişli sayılır. Dünyada qaragilə üçün istifadə olunan substratın demək olar ki, əsasını kokosdan hazırlanmış torf təşkil edir. Kokos substratı suyu tutma və qida maddələrini səmərəli ötürmə qabiliyyəti sayəsində davamlı və bitkiləri təbii böyütmək üçün əlverişli mühit hesab edilir. Bununla birlikdə, kokos substratı əkindən əvvəl ən yaxşı şəkildə yuyulur və tamponlanır. Pomidor, çiyələk və bibər kimi bitkilər 100% kokos substratında böyüyür və bu vəziyyətdə əvvəlcədən yuyulmağa ehtiyac görülmür. Aparılan araşdırmalara görə (Scientia Hosticulturae, 2019), qaragiləni kokos qabığında yetişdirmək əlverişli deyildir. Lakin kokosdan hazırlanan torf və ya odun kəpəyi göstərdiyi kimyəvi reaksiyalara və pH səviyyəsini normal səviyyədə saxlaya bildiyinə görə isə qaragilə üçün ən münbit substratlardan sayılır. Giləmeyvə qarışığında istifadə olunan kokos substratı isə əvvəlcədən yuyulub bitki üçün hazır hala gətirilməlidir.
Substratı təmizləmək üçün ən yaxşı üsul qabları doldurmaq və onları tunel içərisindəki bitkinin əkiləcəyi son yerə qoymaqdır. Daha sonra gün ərzində hər iki saatdan bir 15 dəqiqə ərzində EC 1.5 səviyyəsində su ilə gübrələnmə aparılmalı və su dibçəkdən süzülməlidir.
Bu prosesdə azotun potensial yuyulmasının qarşısını almaq üçün ammonium sulfatdan istifadə etmək yaxşıdır. Gübrələmə zamanı kalsium və maqnezium substratın tərkibində olan artıq potassium, sodium və ya xloridi əvəz edəcəkdir. Drenaj suyundakı EC 3.0-dan az olana qədər bu əməliyyatı 3 və ya 4 gün davam etdirmək lazımdır. Əkin başlamazdan əvvəl suvarma etmədən 24-48 saat saxlayın. Gübrələmənin mövcud olmaması halında, yalnız sudan istifadə edin, bu substratın tərkibində olan artıq elementlərin yuyulmasına kömək edəcəkdir.
Azot (N): Azot (N) bitkinin sağlamlığı, inkişafı, meyvə gətirməsi və növbəti il məhsul üçün qönçələrin əmələ gəlməsi və inkişafı üçün vacibdir. Azot çatışmazlığı əlamətlərinə qaragilə yarpaqlarının saralması (xloroz) ilə birlikdə üzərinin yüngül qırmızı rəngə boyanması daxildir. Bu tipik olaraq əvvəlcə örtükdə aşağıda olan yaşlı yarpaqlarda müşahidə olunur ki, bu da xəzan tipli rənglərə, defoliasiyaya və bəzi hallarda məhsulun azalmasına səbəb ola bilər. Çatışmazlıq bitkinin yeni salxımlarının boy atmasını da məhdudlaşdıra bilər. Həddindən artıq miqdarda azot isə, daha böyük və tünd-yaşıl yarpaqlarla həddindən artıq vegetativ böyüməyə səbəb ola bilər. Daha sonra bu, giləmeyvənin daha kiçik ölçüdə və gec yetişməyi ilə nəticələnə bilər. Qaragilə gübrələrindəki azotun ümumi mənbələri arasında ammonium sulfat, karbamid, mono və diammonium fosfat və üzvi azotun müxtəlif formaları vardır. Qaragilə azotun ammonium formasını nitrat formasından üstün tutur, baxmayaraq ki, pH 5.5-dən çox deyilsə, az miqdarda gübrə qarışığının bir hissəsi kimi azot ammoniumla istifadə edilə bilər. Qaragilə istehsalında yalnız N nitrat forması olan gübrələrdən istifadə edilməməlidir. Ammonium sulfat tez-tez istifadə olunur, çünki ammonium pH səviyyəsini lazımi səviyyədə saxlamağa kömək edir, lakin pH tövsiyə olunan aralığın aşağı səviyyəsinə yaxınlaşdıqda ehtiyatla istifadə olunmalıdır.
Maqnezium (Mg): Maqnezium bitkinin inkişaf prosesində vacib yer tutur. Maqnezium çatışmazlığı suvarma suyundakı yüksək kalsium miqdarı səbəbindən qaragilə istehsalında kifayət qədər ümumi ola bilər. Çatışmazlıq əlamətləri yarpaqların kənarlarının saralması və ya qızarması ilə xarakterizə olunur, yarpağın ortası isə yaşıl qalır. Semptomlar ümumiyyətlə daha yaşlı yarpaqlarda görünür.
Qaragiləni substratda yetişdirmənin üstünlükləri və çətinlikləri
Üstünlüklər:
Çətinliklər:
Qaragilə sortları
Qaragilə bir neçə sortu mövcuddur və bu məhsul sortları yığım mövsümü, meyvə keyfiyyəti, dözümlülük, böyümə vərdişi, güc və xəstəliklərə qarşı müqavimət daxil olmaqla bir neçə xüsusiyyətinə görə fərqlənir. 5 əsas qaragilə növü vardır: alçaq kol, şimal kolu, cənub kolu, yarı kol və dovşan gözü. Bunlardan, şimal yüksək kollu qaragilə sortu dünyada ən çox yetişdirilən növlərdəndir.
Alçaq qaragilə sortları adından da göründüyü kimi, ümumiyyətlə 1.5 metrə qədər olur. Bu növ qaragilə kolları az budamağa ehtiyac duyulur. “Top Hat” cırtdan, alçaq bir çeşiddir və dekorativ landşaft dizaynı ilə yanaşı şəxsi bağlarda da yetişdirilir.
Şimali yüksək qaragilə kol növlərinin doğma yeri ABŞ-ın şərq və şimal-şərqidir. Hündürlüyü 1.5-2.5 metr arasında dəyişir. Bu növə aid kolları ardıcıl budanması tələb olunur. Yüksək kola aid sortlarının siyahısı aşağıdakılardır:
Cənubi hündür qaragilə kol növləri 1.8-2.5 metr hündürlüyə çata bilirlər. Bu qaragilə növü, qönçə və çiçək gətirmək üçün daha az soyuq hava tələb etdikləri üçün mülayim qış yerlərində giləmeyvə istehsalına imkan vermək üçün yaradılmışdır. Qışın sonlarında çiçək açdığı üçün don meyvələrə zərər verə bilər. Bu səbəbdən cənub yüksək kol sortları qışı çox mülayim olan ərazilərdə yetişdirilir. Bəzi cənub yüksək qaragilə sortları bunlardır:
Dovşan gözü qaragilə sortu ABŞ-ın cənub-şərqindədir və hündürlüyü 1.8-3 metr arasında dəyişir. Bu növ uzun, isti yayı olan ərazilərdə məhsul əldə etmək üçün yaradılmışdır. Qışdakı soyuğa daha həssas sayılır. Bu tip qədim sortların bir çoxu daha qalın qabığa və daha aydın toxumlara sahibdir. Tövsiyə olunan sortlara aşağıdakılar daxildir:
İstehsal sonrası idarəetmə
Digər meyvələrdə olduğu kimi, qaragilə istehsalı üçün idarəetmə zəncirində meyvənin məhsuldan sonrakı mərhələsi istehlakçıya keyfiyyətli məhsul ilə çatmaqdır. Məhsulun keyfiyyəti rəng, forması, çürümüş olmaması, şirinlik / turşuluq tarazlığı və ətir kimi bir sıra amillərlə müəyyən edilir.
Bu gün kommersiya məqsədli becərilən qaragilənin böyümə vərdişi, istehsal tarixi, dadı və digər faktorlar daxil olmaqla bir çox cəhətdən fərqləndirilə bilən müxtəlif sortları var. Məhsuldan sonrakı prosesin sortlar arasında fərqli ola biləcəyini də nəzərə almaq vacibdir, çünki bunlar fərqli metabolizmaya, çürümə həssaslığına, möhkəmliyə və şəkər / turşu nisbətinə sahib ola bilər. Ancaq hamısı üçün ortaq bir nöqtə var ki, yığımdan sonra çox tez xarab olma xüsusiyyətləri ilə xarakterizə olunurlar. Bu səbəbdən, Çili kimi ölkədən məhsulu keyfiyyətli şəkildə bazara çıxartmaq olduqca çətindir, çünki əsas istehlak bazarları uzaqdır (ABŞ, Avropa). Buna görə də yığımdan sonra meyvə bütövlüyünü və keyfiyyətini uzun müddət qoruyub saxlamalıdır və ya istehsal olunduğu yerdə emal edilməlidir.
Qaragilənin ölçüsü digər meyvələrlə müqayisədə daha kiçik olduğuna görə daha tez su itirə bilər, lakin soyudulma prosesi digərlərinə nisbətdə daha tez çəkir. Nəzərə almaq lazımdır ki, giləmeyvənin üzərindəki qabıq incə olduğu üçün asanlıqla yığım və daşınma zamanı zərər görə bilər. Buna görə də, son istifadəçiyə keyfiyyətli məhsul çatdırmaq üçün istehsal prosesi ilə yanaşı istehsaldan sonrakı mərhələ də önəmli sayılır. Məhsulun keyfiyyəti vizual, orqanoleptik və tərkibinə görə qruplaşdırıla bilər. Vizual keyfiyyətə qaragilənin görünüş xüsusiyyətləri aid edilir: (i) vahid mavi meyvə, (ii) məhsulun təzə olduğunu bildirən meyvənin səthində (çiçəklənmə kimi bilinən) mumun olması. , (iii) mexaniki zədələnmə və çürümək kimi qüsurların olmaması, (iv) meyvənin forması və ölçüsü və (v) uyğun möhkəmlikdə olması. Orqanoleptik keyfiyyət meyvənin xarakterik aromasını yaradan şəkər, turşu və uçucu birləşmələrin miqdarı ilə müəyyən edilir.
Qaragilənin yığımdan sonrakı ömrünün uzadılması üçün ən vacib məqamlardan biri yığım zamanı kölgələmədən istifadə olunması və ən qısa müddətdə temperatura nəzarət olunan qablaşdırma anbarlarına daşınmasıdır. Məhsulun sürətli daşınması mümkün deyilsə, yığıldığı qabların üzəri günəş şüalarını əks etdirən materiallar ilə örtülməsi məsləhət görülür.
Yığımdan sonra giləmeyvə özündə ətraf mühitin temperaturunu saxladığı üçün 1 saat ərzində temperaturu 0-1 °C olan anbara gətirmək və qablaşdırmanı eyni dərəcəli yerdə olunması məsləhət görülür. Giləmeyvənin tərkibindəki suyun itməsinin qarşısının alınması üçün rütubətli yerdə saxlanmalıdır. Bu zaman çürümə prosesi daha gec gedir və uzun müddət ərzində məhsulu saxlamaq mümkün olur.